"Atletiko" - "Bavariya", "PSJ - "Yunayted" - ÇL püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sabahinfo.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)

"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)

"İnter" (İtaliya) - "Ayaks" (Niderland)

"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

"PSJ" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)