AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Sabahinfo.az xəbər verir ki, F qrupunda yer alan yığma İsveçin qonağı olacaq. Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Azərbaycan millisi seçmə mərhələdəki ilk oyunda səfərdə Avstriyaya 1:4 uduzub. İsveç isə öz meydanında Belçikaya məğlub olub - 0:3.

AVRO-2024

Seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç - Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, “Friends Arena”