Avtobusda cibgirlik edən şəxs tutuldu - VİDEO

Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsi oğurlanıb.

Sabahinfo.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.

Həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manata satdığını, bank kartı ilə isə marketlərdə 900 manatlıq alış-veriş etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.