Mağazadan oğurluq etdilər - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.