Azər Badamov Çiliyə gedəcək

Milli Məclisin Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov “Gələcəyin konqresi 2023” tədbirində iştirak etmək üçün yanvarın 14-də Çili Respublikasının paytaxtı Santyaqo şəhərinə səfər edəcək.
Tədbirdə müxtəlif ölkələrin qanunvericiləri, siyasətçiləri və alimləri müasir texnologiyaların gələcəkdə siyasi qərarlara təsirini müzakirə edəcəklər, həmçinin bu sahədə yeni tendensiyalar və elmi nailiyyətlər barədə məlumatları dinləyəcəklər.
Səfər yanvarın 22-də başa çatacaq.