Azərbaycan bəşəri dövlətdir

Dövlətlərarası münasibətlər qarşılıqlı etimadla, qarşılıqlı sevgi ilə müəyyənləşir. Azərbay­can müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan, onun xarici siyasətini dəsləkləyən döv­lət­lərdən biri də Özbəkistan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İham Əli­yev bu iki dövlət arasında həm mədəniyyətlərin yaxınlığı baxımından, həm də etiqad baxımından münasibətlərin daha da inkişaf etdirilməsini həmişə vacib bilib. Bunun təzahürüdür ki, ölkə baş­çı­mız son 7 ay­da Özbəkistana üç dəfə səfər edib:aprel ayında dövlət səfəri, sentyabr ayında Şan­xay Əmək­daşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşki­la­tının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səmərqənddə Türk Dövlət­lə­ri Təşkilatının IX Zirvə Görüşündə çıxışında dedi: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İsla­mo­fobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”.

İkinci Qarabağ müharibəsindən də söz açan cənab Prezident qürurla xatırlatdı ki, işğal­dan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb. Bu, Zəfərin davamıdır. Azər­baycan qüdrətli dövlət olaraq müharibədə qalib gəldi. Qüdrətli dövlət olaraq müharibənin vur­duğu yaraları da aradan qaldıracaqdır. Belə böyük, gərəkli, bəşəri işlərdə Azərbaycana Azər­bay­canı sevən dövlətlər də mənəvi və maddi dəstək göstərir. Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışında dedi: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər”.

Çıxışında oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbay­can və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsinin nəticələrinin də xarakteri haqqında danışdı, bildirdi ki, bu nəticələr bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səmərqənddə Türk Döv­lət­ləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı və çıxışı Azərbaycanın bəşəri dövlət ol­du­ğu­nu, Türk dünyası dövlətləti ilə dünyəvi münasibətlərin cəfakeşi olduğunu təsdiqlədi...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı