Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançılarından növbəti uğur

Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançıları 18-23 may tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutan Abu Dhabi Jiu-Jitsu Pro (AJP) nüfuzlu beynəlxalq turnirində iştirak ediblər. İdmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər. Belə ki, yarışa qatılan 16 idmançımızdan 15-i medal qazanıb. Onlardan 9 nəfər 1-ci yer, 3 nəfər 2-ci yer, 3 nəfər isə 3-cü yerə layiq görülərək Braziliya Ciu-citsu döyüş növü üzrə qələbə qazanıblar. Bununla belə, ümumi komanda hesabında 21 ölkə arasında medalların sayına görə Azərbaycan təmsilçiləri 4-cü pillədə qərarlaşıblar. Xüsusi qeyd edək ki, Ermənistan komandası Azərbaycandan sonra 5-ci yerdə qərarlaşıb. Qaliblərin siyahısı: Qasımov Abbas – 1-ci yer Ağaməmmədov Balaəli – 1-ci yer Ağalı Emir – 1ci yer Hüseynov Anar – 1-ci yer Məmmədov Turqut – 1-ci yer Rəhimov Məmmədəli – 1-ci yer Ağadadaşov Yusuf – 1-ci yer Həsənzadə Ayxan – 1-ci yer Qocayev İbrahim – 1-ci yer Ağayev Elnur – 2-ci yer Verdiyev Qafar – 2-ci yer Davudov Rəşid – 2-ci yer Mahmudov Fərhad – 3-cü yer Qəhrəmanov Həsənağa – 3-cü yer Davudov Rəşid – 3-cü yer