Azərbaycan diplomatiyasının gücü

Soçidə Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli gorüş bir daha təsdiq etdi ki,Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edir və öz mövqeyini qoruyub saxlaya bilir.

Bu Azərbaycan diplomatiyasının gücüdür.

Soçi Bəyannaməsində Qarabağla bağlı heç bir söz əksini tapmadı.

Üç tərəfli görüşdən əvvəl Prezident Putinlə aparılan danışıqlarda  Prezident İlham Əliyevin qətiyyətlə , " Qarabağ problemi iki il bundan əvvəl həllini tapmışdı " , fikri Soçi Bəyannatında xüsusi rol oynadı.Beləki Qarabağla bağlı bədxahların planları, arzuları ürəklərində qaldı.

Bu görüş bir daha gostərdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması ancaq Azərbaycanın əvvəldən irəli sürdüyü beş şərt əsasında mümkündür.Başqa alternativ yolu yoxdur.

Soçi görüşü ilə  Azərbaycan növbəti bir uğura imza atdı.Bu uğurlar isə Azərbaycanın ərazi bütovlüyü çərçivəsində imzalanacaq sülh razılaşmasına  yaxınlaşdırır.

Sülh isə bütun regiona fayda deməkdir.

Leyla Allahverdiyeva,

SABAHİNFO.AZ saytının xüsusi müxbiri