Kipr Respublikasının Limasol şəhərində 6–8 fevral 2026-cı il tarixlərində gənclər arasında WKF üzrə 53-cü Avropa çempionatı uğurla başa çatıb.
Nüfuzlu Avropa çempionatında Azərbaycan Karate Federasiyasının milli komandası yüksək nəticələr göstərərək 1 qızıl, 1 gümüş və 4 bürünc medallara layiq görülüb.
🥇 Ələddin Məlikov (U18, -68 kq)
🥈 Vüsal Qənbərov (U18, -55 kq)
🥉 Salman Salmanov (U18, kata)
🥉 Cansu Əhmədzadə (U18, -66 kq)
🥉 Rəvan Abasov (U18, -61 kq)
🥉 Aslan Dostuyev (U21, -60 kq)
Avropa çempionatı çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Karate Federasiyasının beynəlxalq dərəcəli hakimləri — Cahangir Babayev, Rənad Əliyev, Vüqar Kərimov, Mais Mədətov və Seymur Məmmədov təmsil ediblər.
Azərbaycan milli komandası Avropa çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun, U18 baş məşqçisi Anar Allahverdiyevin, U21 baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.