Azərbaycan millisinin oyununun biletləri satışda

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb.

Sabahinfo.az xəbər verir ki, sentyabrın 25-də "Dağa Arena"da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manatdır. Onları iticket.az saytından əldə etmək mümkündür.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.