"Azərbaycan özü öyrədən ölkədir" - Deputat

"Fransanın demokratiyadan, insan haqlarından danışmağa qətiyyən haqqı yoxdur. Onların bütün tarixi göz yaşları, müstəmləkəçilik tarixidir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, Fransa beynəlxalq hüquqları və konvensiyaları pozur, Korsika xalqının hüquqlarını tanımır, eyni zamanda Ermənistanda terroru müdafiə edir:

"Ona görə də Fransanı bütün beynəlxalq təşkilatlarda qınamalıyıq. Heç kimin Azərbaycanla zor dilində danışmaq haqqı yoxdur. Azərbaycan özü öyrədən ölkədir".