Parisdə görüş

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda “Şuşa İli” elan edilmişdi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”-nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Parisdə növbəti görüş baş tutub. 

Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri, üzvlər və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber, Paris-Azərbaycan evinin prezidenti Mirvari Fətəliyeva  arasında görüş keçirilib. 

Görüşdə AQSİA sədri Səkinə Babayeva layihənin icrasından və milii dəyərlərimizin Avropada xüsusi diqqət görməsindən bəhs edib. Layihənin Qarabağın tarixinin qədimliyini əks etdirdiyini xüsusi vurğulayıb. 

Jerom Lamber layihənin uğurlu nəticələrinin bütün Avropaya səs salacağından əmin olduğunu bildirərək, təşkilati dəstəyin göstərilməsindən və iki assosiasiyanın əməkdaşlığından məmnunluğunu qeyd edib.

Görüşdə "Şuşa ili" çərçivəsində "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təşkilatçılıq və maliyyə məsələlərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,Fransada Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinin də dəstək rolu vurğulanıb.