Azərbaycan, Türkiyə və Türkmənistanın biznes dairələri arasında görüş olub

Türkmənbaşı şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Türkiyənin Palatalar və Birjalar Birliyinin, Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə üç ölkənin biznes dairələri arasında işgüzar görüş keçirilib.

Bu barədə AZPROMO məlumat yayıb.

Məlumata görə, görüşdə üç ölkənin biznes imkanları haqqında məlumat verilib, həyata keçiriləcək layihələrə dair təqdimat keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın “Hellmann Logistics” şirkəti ilə Türkmənistanın “Turkmen Logistics” Assosiasiyası