Azərbaycan və İsrailin hava əlaqələri inkişaf etdiriləcək

Milli Məclisin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Saziş iki ölkənin hava əlaqələrini inkişaf etdirməyə şərait yaradacaq.

Sabahinfo.az xəbər verir ki, komitə sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

"Azərbaycan və İsrailin ticarət dövriyyəsi sürətlə artır. Bu ilin yanvar-avqust aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Hazırda İsrail Azərbaycanın 6-cı ticarət tərəfdaşıdır. Bu gün təsdiq etdiyimiz saziş isə hava əlaqələri sahəsində hər iki ölkəyə bir sıra hüquqlar tanıyacaq", - deyə o, qeyd edib.