Azərbaycanda DYP avtomobili qəza törətdi: Xəsarət alan var

Xudat-Xaçmaz şosesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

APA xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı BMW markalı avtomobil vurub.

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.