Azərbaycanda manatla pul bazası nə qədərdir?

Bu ilin iyulun 1-nə Azərbaycanda manatla pul bazası 13 803,0 mln. manat təşkil edib.

"Fins.az"-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, son bir ayda manatla pul bazası 0,4% azalıb, ilin əvvəlindən 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,7% artıb.