“İllərdir hər platformada ölkəmizin Avropa İttifaqına bir çox istiqamətdə müsbət töhfələr verə biləcəyini izah edirik. Avropanın mövcud müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyəni daxil etməsinin vaxtı çoxdan çatıb. Dünya dəyişir, Avropa İttifaqı bu sürətli transformasiyalar dövründə daha nə qədər dar gündəmlərin əsirində qala bilər? Bunu anlamaq çətindir”.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Doğru seçim Türkiyənin Avropaya inteqrasiyasının qarşısındakı ideoloji sədləri qaldırmaq və Avropanın gücünə güc qatmaqdır. Türkiyəni kənarda saxlayan, dünya reallıqlarını görməzdən gələn yanaşmaların heç də məntiqli olmadığını artıq qəbul etməlidirlər. Avropada yeni müdafiə arxitekturası qurmaq niyyətindədirlərsə, bunun Türkiyəsiz yaradılmasının yetərsiz olacağı bəllidir.
Türk ordusu bu gün NATO daxilində ən böyük və ən təsirli ordulardan biridir. Ordumuza olan etimadımız tamdır. Bu sayədə biz yalnız masa arxasında danışan deyil, sahədə imkanlarını nümayiş etdirən ölkəyik. Ümid edirəm ki, Türkiyə olmadan Avropanın möhkəm təhlükəsizlik arxitekturası qurmağın mümkün olmadığını artıq hamı anlayıb”, - dövlət başçısı bildirib./Teleqraf