Azərbaycanda meymunçiçəyi qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Sabahinfo.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.