Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri dəyişib

Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri dəyişib.

"Report"un əldə etdiyi məlumata görə, deputat Azər Kərimli nümayəndə heyətinin rəhbəri vəzifəsində azad edilib.

Onun yerinə isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təyin edilib.