Azərbaycanın şəhid ailələrinə və müharibə əlillərininə münasibəti bir çox ölkələr üçün nümunədir

Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinə hər zaman həssas münasibət sərgiləyən ölkə Prezidenti cənab İlham Əliyev Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş hərbçilərin ailələrinə, fiziki sağlamlıqlarını itirən qazilərimizə daim dəstək olub.

Ölkə başçımızın və onun xanımı Mehriban Əliyevanın tez-tez şəhid ailələrilə, müharibə əlillərilə görüşməsi, onların problemlərilə maraqlanması cəmiyyətimiz tərəfindən təqdir olunub.

Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimlərindəki çıxışları sosial siyasətimizin ədalət prinsipləri üzərində qurulduğunu bir daha təsdiq etdi.

Dünya ölkələrində hökm sürən iqtisadi-maliyyə çətinlikləri, siyasi gərginlik, hərbi münaqişələr fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti böhranın ölkəmizdən yan keçməsini şərtləndirdi. Bu düzgün siyasətin nəticəsində respublikamızda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, həmçinin əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha sübutudur.

Prezident İlham Əliyev hər zaman şəhid ailələri, müharibə əlillərilə görüşdə onların problemlərilə maraqlanır və bütün məmurları qeyd olunan məsələyə həssas yanaşmağa çağırır. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə, sürətlə davam etdirilir. Onların sosial problemlərinin həlli prioritet məsələlərdən hesab olunur. Bu istiqamətdə atılan konkret addımlar Azərbaycan cəmiyyətində vətənpərvərliyin yüksəlməsinə səbəb olur. Belə işlər Azərbaycan vətəndaşına daha çox fayda verir. Şəhid ailələrinin və müharibə əlillərinin dövlətin onlara göstərdiyi qayğı və diqqətdən qürur hissi keçirirlər.

Dövlətimizin başçısı çıxışlarında Azərbaycan Ordusunun müharibəyə hər an hazır olduğunu söyləyir. “Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim” deyən Prezident İlham Əliyev vurğulayıb ki, şəhid ailələrinə və müharibə əlillərinə münasibətdə Azərbaycan bir çox ölkələrə nümunədir.

Prezident İlham Əliyev dəfələtlə işğaldan azad olunan ərazilərə köçmüş sakinlərlə görüşü zamanı şəhidlərimizin, hərbçilərimizin qəhrəmanlıqlarından bəhs edib. Hətta o, bir neçə dəfə çıxışlarında göz yaşlarına hakim ola bilməyb.

 

Cənab Prezident “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı – şəhid xanımının ağlamağına həssas yanaşaraq bildirib:

“Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük” deyən İlham Əliyevin bu fikirləri onun şəhidlərə sayğısının, həssas münasibətinin göstəricisi idi.

Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği dəfələrlə artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb.


Şəhid ailələri üçün qeyri-hökumət təşkilatları səviyyəsində də hər il müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin əsas donu Azərbaycan Dövləti bə QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
Dövlət tərəfindən şəhid ailəsi üzvlərinə verilən üstün hüquqlar var. Bu hüquqlar aşağıdakılardır.

- Özünüməşğulluq proqramına cəlb edilmədə üstünlüklər

- İşlə təmin olunmada prioritet hüquq


- Peşə hazırlığı sahəsində üstün imkanlar

Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.

Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də məmurlar şəhidlərimizə və onların ailələrinə, müharibə əlillərinə münasibətdə ölkə başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident İlham Əliyevdən örnək götürməlidir. Biz onların dərdini, problemini, qayğılarını öz ağrılarımız kimi qəbul etməliyik. Şəhid ailələrinin dərdinə şərik çıxmaq bizim vətəndaşlıq borcumuzdur!

Şəhid ailələri ilə bağlı Prezident fərmanı bu sahədə olan əsas problemləri aradan qaldıracaq

 

Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Şəhid ailələri, yaralı hərbçilər və müharibə iştirakçılarına dövlətin bütün sahələrində olduğu kimi, vergi sistemində də bir sıra güzəştlər tətbiq edilir.

Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixində sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir: “Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb ki, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.

Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımlar diqqətə çatdırılıb. Bildirilib ki, yeni Fərmanla müavinət və təqaüdlərin də artırılması təmin edilir.

Belə ki, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır.

Yeni Fərmanda həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub.

Eyni zamanda övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata, “Xalq” fəxri adına görə təqaüdün 200 manatdan 300 manata, “Əməkdar” fəxri adına görə təqaüdün 150 manatdan 200 manata çatdırılır.

Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, 2025-ci ildə şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. (https://sosial.gov.az/media/xeberler/sehid-aileleri-ve-muharibe-elillerine-bu-il-daha-1000-menzil-verilmesi-nezerde-tutulub)

 

Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

 

Həmçinin 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri ilə bağlı güzəştlərin müddəti uzadılır.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək:

- 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

Gələcəkdə bu kateqoriyadan olan artımların və güzəştlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Çünki Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarına sosial qayğısı daim artırılır Bütün bu güzəştlər Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə, yaralı hərbçilərə və bütün müharibə iştirakçılarına diqqətinin bariz nümunəsidir.

Yazı ”Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri, müharibə veteranlarına vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.