Müsfiq Məmmədli Qubada qəbul keçirdi

Quba rayonu Növdün kəndində vətəndaş qəbulu keçirilmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər yerində araşdırılmışdır. Görüşdə əsasən sosial məsələlər, infrastruktur, yol, kommunal xidmətlər və digər gündəlik problemlərlə bağlı müraciətlər səsləndirilmişdir. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmış, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı