"Prezident tərəfindən yürüdülən siyasətin ana xəttində..."


"Bu gün Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq aləmdə aktiv rol oynayır. Qlobal pandemiyanın başladığı ilk anlarda cənab Prezident İlham Əliyevin liderlik qabliyyəti nəticəsində qısa zamanda beynəlxalq aləmin diqqətini bu gözəgörünməz müharibəyə qarşı cəlb edərək, effektiv birgə mübarizəsinin təşkil edilməsi istiqamətində bir sıra təşəbbüslərlə çıxış edərək, real addımlar atıldı. Ona görə də tam məsuliyyətlə demək olar ki, Azərbaycan bu məsələdə dünyada müstəsna dərəcədə birləşdirici rola malik oldu.”.
Bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu addımları beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir və dəsətklənir. "Azərbaycanın bu addımları və xüsusi rolu istər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, istər cənab Prezidentin təşəbbüsü ilə keçirilən Türk Şurası, istərsə də Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə görüşünün yekunu olaraq qəbul edilən sənədlərində öz əksini tapıb. Azərbaycanın bu liderlik qabliyyəti beynəlxalq aləmdəki yüksək səviyyədə olan imicimizə növbəti bir töhfə olmaqla, mövqelərimizin daha da möhkəmlənməsinə xidmət etmiş oldu” -deputat qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan pandemiyanın başladığı ilk zamanlarda beynəlxalq aləmdəki məsuliyyətini dərk edərək məsələyə qlobal müstəivədə yana.araq çeviklik nümayiş etdirdi: "Hansı ki, həmin dövrlərdə hətta dünyanın bir sıra inkişaf etmiş ölkələri özlərinə qapanadı və nə edikləri bilmədilər. Çünki bu bəlaya qarşı dünya dövlətlərinin ayrı-ayrılıqda mübarizə aparması qeyri-mümkün idi. Əgər zamanında Azərbaycanın pandemiyaya qarşı birgə fəaliyyətin koordinaisya edilməsi istiqamətindəki təşəbbüsləri və səyləri olmasaydı, ölkələrin ayrı-ayrılıqda mübarizə lazımi effekti verməyəcəkdi. Biz indi dünyada daha acınacaqlı vəziyyətin şahidi olardır. Bu ancaq Azərbaycan dövlətinin məsuliyyəti, o cümlədən cənab Prezident İlham Əliyevin liderlik qabliyyəti və hadisələrə çevik yanaşması nəticəsində mümkün oldu. Nəticədə Azərbaycan pandemiyaya qarşı mübarizədə xüsusi rol oynamış oldu. Bununla da Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyada özünəməxsus formada bir model formalaşdırmış oldu. Yəni Azərbaycan fəaliyyətini təkcə beynəlxalq aləmin səylərinin birləşdirilməsi istiqamətində deyil, o cümlədən yardıma daha çox ehtiyacı olan ölkələrə yardım istiqamətində davam etdirdi. Azərbaycan ümumilikdə 29 ölkəyə birbaşa pandemiya ilə əlaqədar olaraq yardım etməklə pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri oldu. Heç kim düşünməzdi ki, Azərbaycan pandemiya ilə nəinki təkbaşına daxildə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin, eyni zamanda beynəlxalq aləmdə belə mühüm rol oynasın və töhfə versin. Bu Azərbaycanın beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparmasının nəticəsidir və ona görə də dünyada ölkəmizə olan rəğbət və hörmət gündən-günə artmaqdadır. Bu da ancaq cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik, milli və dövlət maraqlarına əsaslanan siyasəti nəticəsində mümkün olub. Bununla da Azərbaycan dünyada gücünü nümayiş etdirdi. Cənab Prezident bu hərəktələri ilə dünyaya nümayiş etdirdi ki, ölkənin ərazisi kiçik, əhalisi az ola bilər, amma bu dövlətin nə qüdrəti, nə gücü, nə bəşəri dəyərlərə necə sadiq qalması, nə də ən çətin anlarda dünya insanın yanında olması bununla ölçülmür”.
Ölkə başçısının çıxışındakı digər bir məqama da diqqət çəkən deputat bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda infeksiyaya yoluxan xəstələr, ancaq xəstəxanalarda müəlicə alır: "Bu həm xəstənin daha effektiv müalicə alması, həm də digərlərinin yoluxmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Pandemiya ilə mübarizədə diqqət çəkən digər məqam ondan ibarətdir ki, bu gün Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayına uyğun xəstəxanalar var. Amma dövlət gələcəkdə bu sayın artma ehtimalını nəzərə alaraq yeni xəstəxanalar tikir ki, virusa yoluxma sayı artarsa onları yeni tikilən xəsətxanlarda yerləşdirsinlər. Yeni istifadəyə verilən və tikilən modul tipli xəstəxanlar bu məqsədlərə xidmət edir. Bu da Prezident tərəfindən yürüdülən siyasətin ana xəttində vətəndaşın sağlamlığının müdafiəsinin dayandığının bariz göstəricisidir”.