Əliyev, Ərdoğan və Marqvelaşvili Bakıda görüşəcək

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli görüşü ilin sonuna kimi Bakıda görüşəcək.

Bu barədəAzVision.az`İnterfax-Azərbaycana` istinadən xəbər verir.

Diplomatik mənbənin verdiyi məlumata görə, Bakı və Ankara regionun digər ölkələri ilə - İran və Türkmənistanla da üçtərəfli görüşlər keçirməyi planlaşdırır. "Görüşün gündəliyi və dəqiq tarix hər üç ölkənin nümayəndələrinin məsləhətləşmələrindən sonra bilinəcək”, - deyə diplomatik mənbə bildirib.