"Bavariya" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulur.

Oxu.Az xəbər verir ki, gecə start götürəcək qarşılaşmada "Bavariya" klubu evində Fransanın PSJ komandasını qəbul edəcək.

Azərbaycanda azarkeşlər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər.

Xatırladaq ki, bu komandalar arasındakı ilk matç PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən keçirilən yarımfinal qarşılaşmasında "Arsenal" "Atletiko Madrid" üzərində 1:0 hesablı qələbə qazanaraq finala adlayıb.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi

6 may

Saat 23:00, "Bavariya" - PSJ ("CBC Sport" TV).