“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”.
Sabahinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şimali Karolinada keçirilən tədbirə qatılmaq üçün təyyarədən enərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
İranın razılığa gəlmək istədiyini deyən Tramp Tehrandan birbaşa əlaqə yaradıldığını vurğulayıb.
ABŞ-nin İranla müharibənin hansı mərhələsində olduğu barədə suala cavabında isə Tramp deyib ki, müharibənin sonuna yaxınlaşdıqlarına ümid edir.
O, İranın razılaşmaq istədiyini bildirib: “İran, həqiqətən, razılığa gəlmək istəyir, görək bu proses necə bitəcək”.
ABŞ Prezidentindən İrandan birbaşa, yoxsa vasitəçilər üzərindən xəbər aldığı soruşulduqda isə o, “birbaşa xəbər” aldığını söyləyib.