Rusiyadan Ermənistana təbii qazın tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" QSC məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırılan profilaktik və kompleks təmir işləri ilə əlaqədar həmin kəmərlə Ermənistana qaz tədarükü dayandırılacaq.
Qeyd olunan müddətdə Ermənistandakı istehlakçıların qazla təminatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə idxal ediləcək qaz hesabına həyata keçiriləcək.