Bakı metropoliteninin Qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
***
"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
***
08:41
Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.
Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.