Novruz Aslanovun iki illik deputatlıq fəaliyyəti ilə bağlı hesabatı

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 89 saylı İsmayıllı Seçki Dairəsindən seçilmiş deputatı Novruzəli Davud oğlu Aslanov 2024–2026-cı illəri əhatə edən iki illik fəaliyyət hesabatını təqdim edib.

Hesabatda deputatın Milli Məclisdə qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə birbaşa təmasları, vətəndaş müraciətlərinin araşdırılması, aidiyyəti dövlət qurumlarına göndərilən sorğu və məktublar, sosial-humanitar fəaliyyət və İsmayıllı rayonunun müxtəlif kəndlərində keçirilən görüşlərin nəticələri əks olunub.