Günay Musayevanın əri özünə sevgili tapdı

Türkiyənin tanınmış aktyoru Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşanmamış özünə sevgili tapıb Sabahinfo.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, türkiyəli aktyor yeni sevgilisi ilə gecə gəzintisinə çıxarkən paparazzilərin hədəfinə tuş gəlib. Belə ki, Tolqa "Bu tarz benim” yarışmasında tanınmağa başlayan İdil Naz Kaluçla görüntülənib.



Qeyd edək ki, 2011-ci ildə ailə quran cütlüyün bir övladı da var. Tolqa və Günay mətbuata açıqlamalarında yaxın müddətdə rəsmən boşanacaqlarını bildiriblər.