İcarəyə götürdüyü avtomobili saxta sənədlə satdı

Martın 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus "VAZ-21011” markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb.Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilib. Araşdırmalar zamanı X.Əliyevin cari il fevral ayının 15-də "055 cars” şirkətinə məxsus "Opel” markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.