Neftimizin qiyməti 46 dollara çatdı

Ötən gün neftin qiymətində müşahidə olunan nikbinlik bu gün də davam edir.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,56 dollar, yaxud 1,23% bahalaşıb.


Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,98 dollara bərabərdir.