Nərgiz Cəlilova AzTv-yə qayıtdı

Azərbaycan televiziyasının (AzTv) məşhur diktorlarından olan Nərgiz Cəlilova uzun fasilədən sonra yenidən doğma televiziyaya qayıdıb. Sabahinfo.az xəbər verir ki, sevilən aparıcı elə yeni verilişinin adını da"Sevilənlər” adlandırıb. Proqramın ilk buraxılışı isə mərhum bəstəkar Rafiq Babayevə həsr olunub. Qonaq qismində bəstəkarın bacısı, "Qaya" qrupunun solisti Rauf Babayev, müğənni Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və başqaları iştirak ediblər.

"Sevilənlər” verilişinin digər buraxılışlarında da tanınmışsənət adamlarından danışılacaq.


Qeyd edək ki, N.Cəlilova Dövlət Televiziyasında ilk dəfə 1983-cü ildə aparıcılıq edib. AzTv-dən sonra isə Xəzər, Space, Lider telekanallarında çalışıb.