Orta məktəb şagirdini güllələyən şəxs tutuldu

Tovuzda orta məktəb şagirdini güllələyən şəxs tutulub.

Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılan güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-34” markalı tüfəng götürülüb.