Zaqatalada qadının həyətindən 330 çətənə kolu tapılıb

Zaqatalada külli miqdarda çətənə kolu aşkarlanıb. Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşagı Tala kənd sakini Tanzilə Layıcovaya məxsus həyətyanı sahədən onun qohumu, Balakən rayon sakini Niyaməddin Layıcov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 30 kiloqram 450 qram olan 330 ədəd çətənə kolu aşkar edilərək götürülüb.