1 banka 20 mln. dollar satıldı

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan verilən məlumata görə, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.