"Cin sovetskidə" filminin çəkilişi üçün hazırlıqlara başlanılıb

Bir neçə gün öncə kütlənin zövqünü oxşayan və tələbatına cavab verən, ekran işlərilə hər kəsin sevimlisinə çevrilən, tanınmış rejissor Zaur Qurbanovun senari müəllifi və rejissoru özü olan, yaxın zamanlarda işıq üzü görəcək, kiçikdən böyüyə hər kəsin uzun müddətdir təşnə olduğu, bayağılıqdan uzaq, tamaşaçı zövqünü oxşayan, peşəkarcasına işlənən "Cin sovetskidə" adlı filminin çəkilişi üçün hazırlıqlara başlanılıb.

Əsərin quruluşçu operatoru, bir sıra filmləri Kann festivalında nümayiş olunan Asif Şirəliyev, səs rejissoru, filmdə Ələddin rolunu canlandıran Anar Cavanşir və işin bütün məsuliyyətini və yükünü daşıyan Zaur Qurbanov iş başında! Onu da qeyd edim ki, filmin digər personajları üçün seçimlər davam edir.