"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində tanıtım video çarxın hazırlıq mərhələsinə başlanılıb.
Layihə rəhbəri Rövşən Ağamalıyevin məlumatına görə, bununla bağlı SİA.TV ilə müqavilə bağlanılıb və video çarx üçün lazımı məlumatların toplanmasına başlanılıb.
R.Ağamalıyev onu da bildirib ki, aprel
şəhidləri ilə bağlı məlumatların
toplanması üçün Müdafiə Nazirliyinə rəsmi müraciət edilib. Əldə olunan faktlar
əsasında filmin çəkilişi realalşdırılacaq.
Onu
da qeyd edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə
bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında
təbliğini həyata keçirib. Bundan
əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin
çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı
ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.
