“Bağçada pul istəsələr, məlumat verin” - Şöbə müdiri

“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur".

Sabahinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

"Bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”, - deyə şöbə müdiri bildirib.