Ağstafa rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. sabahinfo.az saytı xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Ağstafa rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev vəzifəsindən azad edilib.
"Report”un əldə etdiyi məlumata görə, Yaşar Sakit oğlu Nuriyev Bakı şəhərində dəmiryol nəqliyyatı polis İdarəsinə təyinat alıb.
Qeyd edək ki, Y. Nuriyev 2014-cü ildən rayon polis şöbəsinin rəisi vəzifəsində çalışırdı. Onun yerinə hələlik təyinat olmayıb.