Bakıda mənzildə 4 nəfərin meyiti TAPILDI

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb. 

Ölənlərin hamısı kişidir. Onların dəm qazından boğulduqları ehtimal edilir və meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

Ölən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.