Bakıda ödəmə terminalından oğurluğa cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.
Araşdırma aparılır.