Bakıdakı Həştərxan İş Mərkəzində gənclərə tələbə biletləri təqdim edildi

9 Noyabr - Bayraq  günü  V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin birinci kurs tələbələri olan Azərbaycan Respublikasının vətəndaşları üçün ikiqat bayrama çevrilib. 

Sabahinfo.az xəbər  verir  ki,  həmin  gün   V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin Bakıdakı  Həştərxan  İş  Mərkəzində   yerləşən Təhsil, Elm və Texnologiyalar Mərkəzində HDU-nun birinci kurs tələbələrinə tələbə biletləri təntənəli şəkildə təqdim edilib.