Aprel şəhidlərimiz Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində anıldı

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş "Qəhrəman şəhidlərimiz" adlı elmi-praktik konfrans keçirilib. Konfransın açılışı Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosentYusif AlıyevAprel şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra konfrans iştirakçılarına və qonaqlara Aprel döyüşləri haqqında geniş məlumat verib. Y.Alıyev "həmin vaxt Azərbaycan mediası da ordumuz kimi vahid mərkəzdən məlumatlandırılaraq dünyaya Azərbaycan həqiqətlərini bəyan etdi. Qısa müddət ərzində dünya mətbuatının manşetlərinə çıxarılan xəbərlər vasitəsilə dünya ictimaiyyəti bu dəfə ermənilərin əsl sifətlərinin şahidi oldu. Aprel döyüşləri bir də onu göstərdi ki, Azərbaycan ordusu hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmrinə hazırdır"deyə, bildirib.

Daha sonra konfrans öz işini məruzələr ətrafında davam etdirib. Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentiArzuman Abdulkərimov"Aprel döyüşləri: şərəf və qeyrət tariximiz" adlı məruzəsində Aprel döyüşlərinin illərlə gözlədiyimiz qələbə müjdəsinə bir siqnal, bir yaxınlaşma olduğunu bildirib. O qeyd etdi ki, ulu öndər Heydər Əliyevin cəbhədə atəşkəsə nail olmasından keçən müddət ərzində ordumuz daha müasir formada qurulub, silah-sursat arsenalımız daha da güclənib:"Bütün bunların sayəsində Aprel döyüşlərində cəbhədə düşmənə ağır zərbə vurulub. Əsgərlərimiz düşmən üzərinə böyük zəfər hissi ilə yerimişlər".

"Aprel döyüşləri və üzə çıxmış erməni yalanları" adlı məruzə ilə çıxış edən YAP Binəqədi rayon Təşkilatının əməkdaşıRahil Şükürovçıxış edərək, dünyaya yayılan erməni yalanlarının Aprel döyüşlərində fiaskoya uğradığını bildirib. "Aprel döyüşləri bir də onu göstərdi ki, Azərbaycan iqtidarı həmişə də düzgün siyasi kurs yürüdür. Belə ki, ordumuzun gücünü düşmənlərimiz və düşmənin yalan informasiyalarına inanan dünya birliyi görsə də, Azərbaycan dövləti öz sülhsevər siyasətini yenə də ortaya qoydu və problemin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu bildirdi".

Daha sonra qanlı və şanlı Aprel döyüşlərinin qəhrəmanı, döyüş meydanından bir yaralı əsgəri çıxardan, bir şəhidi çıyininə alaraq geri gətirənAltay Vəliyev"Tarixin canlı döyüşçüsü" adlı məruzə ilə çıxış edib. A.Vəliyev həmi anları xatılayıb:"Biz ermənilərin hücumunun qarşısını alarkən əks hücuma keçdik və düşmənin müdafiə xəttini keçərək onun atəş məntəqələrini darmadağın etdik. Düşməni ağır itkiyə məruz qoyduq. Döyüşdə bizim hər birimizin beynində ancaq və ancaq vətən düşüncəsi vardı. Şəhid olmaq hamımız üçün bir şərəf hissi idi həmin gecə. Biz bir daha gördük ki, istənilən an Ali Baş Komandanın əmri ilə qarabağı düşməndən azad edə bilərik".

Sonra məruzələr ətrafında çıxışlar başlayıb.Mülkədar Gözəlov, Dürdanə İsmayılova, Əlqəmə Əhmədov, Mərkəzin tələbəsi, Aprel döyüşlərinin iştirakçısıEldar Süleymanovçıxış edərək Aprel döyüşləri və döyüşçülərimizin qəhrəmanlıqları və xalqımızın ermənilərlə bağlı qanlı tarixi keçmişindən danışıblar. Sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinin ifasında şəhidlərə və qəhrəman döyüşçülərə aid şeirlər dinlənilib.

Elmi-praktik konfransın sonunda Aprel döyüşlərində şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Murad Mirzəyev haqqında Mehparə Əlizadənin ssenari müəllifliyi ilə hazırlanmış "­Şəhidlik muradına çatmış Murad" adlı film təqdim edilib.