"Barselona" Fati ilə müqaviləni uzatdı - Rəsmi

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləni uzadıb.

Sabahinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir.

İspaniya millisinin də üzvü olan gənc oyunçunun təzminat məbləği isə 1 milyard avro qiymətləndirirlib.

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada çıxış edir. Lionel Messinin gedişindən sonra 10 nömrəli formanı geyinən futbolçunun klubu ilə əvvəlki müqaviləsi 2022-ci lin yayına qədər idi.