"Başqa alternativ yoxdur"

Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş başa çatdı. Görüşün yekunu ilə bağlı Soçi bəyannaməsi qəbul olundu. Bəyannamədə Qarabağla bağlı heç bir söz əksini tapmadı. Bəyannaməni Brüsseldə qəbul olunmuş sənədin davamı kimi, eyni zamanda sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım kimi qəbul etmək olar.

Üçtərəfli görüşdən əvvəl Prezident Putinlə aparılan danışıqlarda, Prezident İlham Əliyevin qətiyyətlə, “Qarabağ problemi iki il bundan əvvəl həllini tapmışdır” fikri Soçi bəyanatında Qarabağ sözünün işlədilməməsində əsas rol oynadı.

Soçi görüşü bir daha göstərdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması, ancaq və ancaq Azərbaycanın əvvəldən irəli sürdüyü 5 şərt əsasında mümkündür. Başqa alternativ yoxdur.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı