ATV-nin aparıcısını Şamaxıda döydülər - (VİDEO)

Çəkiliş üçün Şamaxıya yollanan ATV kanalının əməkdaşları təzyiqə məruz qalıb.
sabahinfo.az xəbər verir ki, bu barədə aparıcı Azər İsmayılov özü BiG.AZ-a məlumat verib. 
O, qeyd edib ki, ATV -də yayımlanan "Yoxlama” verilişinin əməkdaşları ilə Şamaxıda restoranların birində çəkiliş aparmaq istəyərkən döyülüblər. 
Restoran sahibi aparıcını və komandasını təhqir edərək, onları məkandan uzaqlaşdırıb.
Azər İsmayılov "Yoxlama" verilişində bu barədə ətraflı məlumat verəcəyini deyib. 
[[MEDIA_0]]
[[MEDIA_1]]