Azərbaycan-Gürcüstan sərhədində gərginlik - FOTO

Sürücülər keçid üçün icazənin verilməsini gözləyir.

Azərbaycan-Gürcüstan sərhədində yenidən kilometrlərlə növbə müşahidə olunur. Minlərlə sürücü gömrük nəzarətindən keçmək və bayramı Gürcüstanda keçirmək üçün saatlarla növbə gözləyir.

sabahinfo.az  xəbər verir ki, növbədə gözləyən sürücülər virtualaz.org-a bildiriblər ki, "Sınıq Körpü” buraxılış-keçid məntəqəsindən saatda orta hesabla 3 maşın buraxırlar. 

Hazırda məntəqədə gərginlik yaranıb və bu səbəbdən hərdən sərhədçilərlə sürücülər arasında xoşagəlməz insidentlər yaşanır.