Azərbaycanda qəbristanlıq yanır - FOTO

Şabran ərazisində yerləşən Xaltan qəbristanlığında yanğın başlayıb.

sabahinfo.az "Report"a istinadən bildirir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbristanlığa keçib.
Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran Rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. 
Hazırda 20 hektar sahəni əhatə edən yanğın davam edir. Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.
Azərbaycanda qəbristanlıq yanır - FOTO
Azərbaycanda qəbristanlıq yanır - FOTO
Azərbaycanda qəbristanlıq yanır - FOTO
Azərbaycanda qəbristanlıq yanır - FOTO
Azərbaycanda qəbristanlıq yanır - FOTO
Azərbaycanda qəbristanlıq yanır - FOTO