Azərbaycanla sərhəddə terrorçularla döyüşlər - YENİLƏNİB

Yeddi yaraqlı zərərsizləşdirilib.

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı yeddi silahlı məhv edilib. Əməliyyat zamanı xüsusi təyinatlılardan biri ölüb, digəri yaralanıb.

sabahinfo.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, məhv edilmiş silahlıların sayı daha çox ola bilər, amma bunu əraziyə tam baxış keçirdikdən sonra demək mümkün olacaq.

11:49

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib, sabahinfo.az TASS-a istinadən xəbər verir.

"Gecə saatlarında Dağıstanın Qarabudağkənd rayonunda yaraqlılarla atışma baş verib. Regionda antiterror əməliyyatı rejimi elan olunub. Silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır”, - operativ qərargahın nüamyəndəsi bildirib.

İlkin məlumata görə, güc strukturlarının əməkdaşları atışmada bir yaraqlını məhv ediblər.

"Novıy Paraul kəndində hüquq-müahifizə orqanlarının əməkdaşlarına müqavimət zamanı bir silahlı öldürülüb. Təfərrüatlar dəqiqləşdirilir”, - TASS nəşri Şimali Qafqaz Federal Dairəsindəki mənbənin sözünü sitat gətirir.