Məlum olduğu kimi Almaniya parlamenti bu gün qondarma soyqırım haqqında qanun layihəsi qəbul etdi. Maraq üçün Almaniya parlamentinin deputatlarının ixtisaslarını araşdırdım. Təqribən 50 deputatın şəxsi işini araşdırdıqdan sonra bir nəfərin də ixtisasca tarixçi olmadığı məlum oldu.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılovAlmaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibətdə bildirib.
Onun sözlərinə görə, deputatlar öz xalqlarını çətin vəziyyətdə qoymamalıdırlar: "Mən demirəm ki, deputatların böyük əksəriyyəti tarixçi olmalıdır. Amma bu tipli məsələləri mütləq şəkildə ilk olaraq tarixçilər araşdırmalıdırlar. Deputatlar isə öz xalqlarının gələcək nəsillərinin üzərinə belə böyük yük qoymamalıdırlar".
Qeyd edək ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.sabahinfo.az